5 il əvvəl onun digər oğlunu da öldürmüşdülər... - VİDEO

18 Aprel 2017 12:12 Azarkeş 572
5 il əvvəl onun digər oğlunu da öldürmüşdülər... - VİDEO

Argentina futbolunda faciəli və dəhşətli hadisə baş verib. Sportinfo.az xəbər verir ki, hadisə “Belqrano” - “Taleres” qarşılaşmasında yaşanıb. Meydan sahiblərinin bir neçə fanatı Emanuel adlı azarkeşə hücum ediblər. Emanuel aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Məlumata görə, fanatlar onu “Taleres”in tatusuna görə öldürüblər.

Ancaq Emanuelin atası başqa fikirdədi. O, bildirib ki, oğlunun bədənində “Taleras”ın tatusu olmayıb. Sadəcə, həmin fanatlar 5 il əvvəl onun digər oğlunu da öldürüblər. Emanuel qardaşının qatilini tanıyıb. Bundan sonra həmin şəxslər Emanuelin bədənində “Taleras”ın tatusu olduğunu bildirərək, onu ölənə qədər döyüblər. Azğın kütlənin əlindən qurtulmağa çalışan azarkeş özünü tribunadan atıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?