"Kəpəz"in gəncəli azarkeşləri "Qəbələ" ilə oyunda - VİDEO

18 Aprel 2017 10:12 Azarkeş 835
"Kəpəz"in gəncəli azarkeşləri "Qəbələ" ilə oyunda - VİDEO

Premyer Liqanın 26-cı turu üçün azarkeş sayı bəlli olub. Sportinfo.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qəbələ” oyununu (2:0) 12500 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş isə 8-ci km stadionunda keçirilmiş “Neftçi” - AZAL oyununda qeydə alınıb. 1000 azarkeş “ağ-qaralar”ın “təyyarəçilər”i darmadağınının (4:0) canlı şahidi olub. “Qarabağ”ın “İnter”i məğlub edərək (3:0) çempionluğunu rəsmiləşdirdiyi oyunu 1234 tamaşaçı izləyib.

Qarşılaşma “İnter Arena”da keçirilib. Sumqayıt şəhər stadionunda keçirilən “Sumqayıt” - “Zirə” oyununda (1:1) isə 1600 tamaşaçı qeydə alınıb. Ümumilikdə, turun 4 oyununu 16334 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 4083 tamaşaçı deməkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!