"Qəbələ" öz əlləri ilə çempionluğu, "Neftçi" avrokuboklarda iştirak hüququnu rəqiblərə hədiyyə etdi - ağ-qara camiənin çılğınları bu rəy ətrafında birləşib. Elxan Abdullayev komandasının 6-cı pilləyə qalxmasını yalnız 1 gün görə bildi. "Kəpəz" dünən "Qəbələ"ni Gəncədən məğlub yola salmaqla, köhnə yerinə qayıtdı. Bakılı tərəfdarların dediyi olur: "Neftçi" bu baş məşqçiylə fiaskoya uğramağa məhkumdu. Abdullayevin onların ünvanına şamil etdiyi "xuliqan" ifadəsi də yadlarından çıxmayıb.
Hudson Karabin: Bu da son! "Kəpəz" xal itirmədi, yenidən 7-ci pillyə qayıtdıq. "Kəpəz"in son 2 oyunu bizim kimi çətin deyil . Şansımız 0 %-ə düşüb artıq.
Sənan Mikayılov: Kim nə deyirsə-desin, ən axırıncı transferlərdən normal olanlar Seqovia, İqnasio, Folprext, bir də Navalovskidi.
Bəhram Yunus: Seqovia elə də yaxşı transfer deyil. Barqasa daha çox şans verilməlidi. Hələ tam görməmişik oyununu. Seqoviadan daha yaxşı oynayır ayaqla. Fiziki gücü yaxşı görünür.
Rasim Malikov: Ümumiyyətlə, nə Barqas, nə də ki, Seqovia Kanales və Reynaldo kimi güclu hücumçudu. Azərbaycan çempionatlarında "Neftçi"nin ən böyük qələbəsi 90-cı illərin axırı, ya da ikimininci illərin əvvəlində "Sumqayıt" üzərində olub -11-0. İndi həmin o "Sumqayıt"la bacara bilmirik. "Mənim azarkeşlə nə işim var" ifadəsini işlətməməliydin, ay ağzının danışığını bilməyən məşqçi! Hələ azarkeşə "xuliqan" deməyini unutmamışıq. Nə vaxta qədər "quş" buraxa-buraxa gedəcəksən? "Neftçi"yə təzə gələndə hər oyundan sonra deyirdi ki, bunlar oyunçu deyil, bunlarla bundan artiq nətice qazanmaq olmaz, nə bilim, nələr! Biz də bilirdik ki, hemin oyunçularla bir iş görmək olmaz, Amma professional məşqçi bunu heç vaxt açıq-aşkar deməz. Hansı oyunçu bu sözlərdən sonra oynayar? Yaxşı, tutalım ki, məşqçi deyilsən deyilsən, heç olmasa, ağzindan çixartdığınn sözlərə fikir ver. Öyrən də Qurbandan. Heç vaxt oyunçularını pisləmir. İstəməzdim ki, komandamız ölünün qənimi olsun.
Zəfər Hacılı: Sən yemədin getdin, bala... Sən çörək tapmayacaqsan (Elxan Abdullayevə xitabən).
Rüfət Ağayev: Elxan Abdullayev, sən tribunaya yaxın gələ bilmərsən. Çünki vicdanın sızlayır. Özünü "buraxmısan. Çox şişmisən.
Rəşad Novruzov: Bir "Neftçi" fanatı olaraq AZAL-ı udmağı böyük qələbə qəbul etmirəm. Bu futbolçular "Zirə" və "Qarabağ"a qalib gələrsə, bax onda onların "Neftçi"yə layiq olduqlarını 50% sübut etmiş olarlar.
Rauf Salayev: Elxan, heç sənin bizə yaxınlaşmağın lazım deyil. Bəs oyunçular qol vurandan sonra niyə yaxınlaşmadı? Biz bunlardan küsməkdənsə, bunlar bizdən küsür.
Ramin Ilyas: Elə səni görməsələr, yaxşıdı.
Vadim Kempf: Bizim bir şansımız var Avroliqaya çıxmağa. Bütün oyunları udmaq və "Zirə" axırıncı turda AZAL-la ya heç-heçə oynayır, ya da uduzur.
Ək Bər: Biz xuliqanlar sənə görə yox, o ada, o emblemə görə kluba dəstək veririk, bunu bil!
Kak To: Mərd adamsan, yaltaq deyilsən, Elxan Abdullayev. Heç vaxt o biri məşqçilər kimi "mən olsam, belə edərdim" demirsən. Amma çox heyif ki, səndə hələlik alınmır.
Elçin Novruzov: Bağa çıxdı qınınıdan, qınını bəyənmir.
Tarıverdi İslamzadə: Elxan düz deyir. "Qəbələ"ni də udanda yaxınlaşmadı tribunaya. Heç vaxt yaxınlaşmayıb. Doğrudan, həyət tam olanda oyun da yaxşı olur.
Rüfat Ağayev: Abdullayev tribunaya yaxınlaşıb. Oyun tam olaraq yadımda deyil, çox da keçmişdə deyil. Səhv etmirəmsə, "Sumqayıt"la oyunda idi.
Orxan Ağayev: İnşallah, gələn sezon yaxşı oynayarıq. Görək, gələn sezon nə edəcək Elxan müəllim!
Elxan Mustafayev: Növbəti tur "Qarabağ" "Sumqayıt"ı, "Neftçi" "Zirə"ni məğlub edir. Sonuncu tur AZAL "Zirə"ylə heç-heçə, "Qəbələ" "Sumqayıt"ı udur, "Neftçi" də "Qarabağ"ı.
Elnur Əhmədov: Əziz "Neftçi"sevərlər, qələbə qazansaq da, Avroliqa bizim üçün bitib. "Bəlkə"ni əkiblər, bitməyib. Qalan oyunlarda taleyimiz öz əlimizdə deyil. Qələbə qazanmağımızla bərabər, digər klublarin xal itirməsini gözləməliyik. Bu da xəyal etməkdən başqa bir şey deyil. Gələn ili gözləməliyik ki, "Neftçi"miz qələbələri ilə bizləri sevindirsin, Avroliqaya yox, Çempionlar Liqasina vəsiqə qazansın.
Ramil Sadıqov: Əsas qələbədi. Oyunçular da vaxt tapdı zədələnməyə. Sona kimi vuruşmalıyıq.
Səbuhi Qasımov: Bərk durun, qəniminiz gəlir – "Turan"!
Mehdi-zadə Qabil: Elə vəzyyətdəyik ki, başımızı qatmaq üçün olduğunu düşünüb, rahat sevinə də bilmirəm.
Anar Əliyev: İlk iki dövrəyə baxanda, pis deyil 20 xal. Amma istəsəydik, 30 xal da ola bilərdi.
Faiq Allahverdiyev: Bu qələbə Elxan üçün idi. İndi başlayacaq "mən dahi məşqçiyəm" deməyə.
Elşən Qurbanov: Qәlәbә qәlәbәdi. Fәrq etmәz.
Elmir Vəliyev: Gecikmiş də olsa, əla oldu
Nihad Hacıyev: İndi Elxan müəllim çıxıb fəxrlə danışar birdən. Deyəcək ki, əsas rəqibimiz AZAL-ı məğlub elədik. Mən belə qələbələr istəmirəm. Bu hesab "Qarabağ"a qarşı olmalıydı, autsaydərə yox.
Hazard Yılmaz: Səfərdə "Zirə"ni udsaq, 1 xal fərq qalır arada. "Sumqayıt" "Qarabağ"ı, "Qəbələ"ni udan deyil. Son oyunda "Qarabağ" "Neftçi"yə 3 xal versə, "Zirə" də AZAL-la oyunda xal itirsə,, bəlkə "Neftçi" getdi Avroliqaya. Amma AZAL "Zirə"yə mane ola bilənə oxşamır.
Xaqani Əliyev: Elxan ISTEFA!!!
Azayev Tural: Bu qələbə kimə və nəyə lazımdı? Qardaslar, bu, gözdən pərdə asmaq üçündü.
Ruhin Qasımov: "Neftçi" gec oyandı, çox gec. Özü də ümid yox kimidi.
SPORTİNFO.AZ

