
"Neftçi" rəhbərliyi Elxan Abdullayevlə davam qərarı alıb. Bəyanat verərək, hazırkı baş məşqçi ilə daha 1 il çalışacaqlarını açıqlayıblar. Bənzətmə üçün demirik, amma Molla Nəsrəddinin "eşşəyə minmək bir ayıb, düşmək iki ayıb" sözü yada düşür istər-istəməz. Belə istəyirlər, qoy, olsun! Amma bilsinlər: həqiqi azarkeşlər bu izdivacın sürə almasına imkan verməyəcək. Çün Abdullayev artıq ümum"Neftçi" nifrəti qazanıb. Bunu bakılı fanatların fikirlərindən də görmək olar.
***
Elxan Abdullayev: "Bundan sonra nə edəcəyik? Məqsəd bacardığımız qədər irəliləməkdi. Bəzən alınır, bəzən alınmır. Mövsümü neçənci pillədə başa vuracağımızı deyə bilmərəm. Zaman göstərəcək".
Elxan Abdullayevin başçılığı altında "Neftçi" bu mövsüm TPL-da: 21 matç, 7 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət. T/F: 17/28. Azərbaycan kubokunda: 5 matç, 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. T/F: 6/4. Sizcə, Elxan Abdullayev özünün dediyi kimi, "Neftçi"ni dəyişə bilib?
***
Kaş biz də nə vaxtsa Elxanın başçılığı ilə komandamızdan "come back" görə bilərdik. Bu arzu arzu olaraq da qalacaq. Nə qədər ki Elxan var, nə qədər MŞ var, əsl "Neftçi" olmayacaq.
***
Xuliqanlar... Bir başqa sözlə, kənar şəxslər... Hər gələn bir ad deyir, amma heç kim anlamır "Neftçi" sevgimizi... Bəlkə də bunu indiki rəhbərlik görməyib... Görsələr bəlkə...
***
Elxan Abdullayev: "Xuliqan sözünün mənası söyüş deyil. İngiltərədə elə azarkeşlər var ki, onlara "xuliqan" deyirlər. Yəni Avropada bəzi azarkeşlərə aid olunan sözdü. “Nottingem Forest”lə “Aston Villa”nın azarkeşləri xuliqan kimi tanınır və bunu normal qəbul edirlər. Açıq deyirəm, mən söyüş götürmürəm. Kim götürür, susur, özü bilər. Mən qəbul etmirəm. “İstefa” qışqırsınlar, tənqid etsinlər, amma söyüş eşitmək istəmirəm. Hamı tənqid edir, burda nə var ki? Biri də var qulağın eşidə-eşidə soyüş söyürlər”.
Elxan bəy, azarkeşi görməzdən gələn, azarkeşə yalan danışan, 4 ay əvvəl dediyi sözü danan məşçiyə azarkeş niyə hörmət etsin ki? Hər şeyin bir yolu var, sənin də bir yolun: çıx get! Qışda dedin ki, mən sizə yanvardan sonra özümü sübut edəcəm. Etdin də. Busan, bacarığın budu! Götür şələni, uzaq dur bizdən, "Neftçi"dən! Arxanca da MŞ və idarəçilər. Orxanlar, Elnurlar...
***
Elxan Abdullayev deyir: "2 ay əvvəl mənim barədə belə demirdiniz".
Hörmətli Elxan müəllim, 3-4 ay əvvəl sən də belə demirdin. Deyiridn ki, "Neftçi" azarkeşləri, hər kəs qışdan sonra başqa "Neftçi" görəcək. Qışdan sonra mənə nə desəz, haqqınız var, öz komandamı yığım, ondan sonra danışaq". Buyur, bu meydan, bu da sən! Adam düşündükcə dəli olur. Ya bu mövsüm güclü AZAL olardı, ya da heç AZAL yox, daha güclü komanda olardı, o zaman TPL-da son pillədə "Neftçi" olacaqdı?
SPORTİNFO.AZ