Paytaxt məhkəməsi 6 fanat barəsində həbs qərarı verdi

14 Aprel 2017 08:12 Azarkeş 351
Paytaxt məhkəməsi 6 fanat barəsində həbs qərarı verdi

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Atletiko” - “Lester” oyunundan (1:0) öncə ingilis azarkeşlərlə yerli polis arasında qarşıdurmanın olması barədə məlumat vermişdik. Fanatlar Madridin “Plaza Mayor” meydanında polisin ünvanına təhqiramiz ifadələr işlətmiş, qanun keçikçilərinə şüşə butulkalar atmışdı.

Sportinfo.az xəbər verir ki, Madrid məhkəməsi hadisə zamanı yerli polis tərəfindən saxlanılan 8 fanatdan 6-sı barəsində həbs qərarı verib. Xuliqanlıq törədən, ətrafa ziyan vuran, polisə müdaxilə edərək qanunları pozan fanatlar 4 ay müddətinə həbs edilib. Sözügedən həbs cəzasının pul cəzasıyla əvəzlənə biləcəyi qeyd edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!