UEFA açıqlaqdı: "Real" 1-ci, "Qarabağ" 35-ci

16 Yanvar 2020 23:00 Azarkeş 2 060
UEFA açıqlaqdı: "Real" 1-ci, "Qarabağ" 35-ci

UEFA-nın 2018-cu illə bağlı hesabatı dərc olunub.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu həmin il sosial şəbəkələrdə ən çox izlənilən klubların adlarını açıqlayıb.

Araşdırma zamanı "facebook", "instagram", "twitter" və "youtube"dəki izləmələr nəzərə alınıb. Azərbaycan klubu "Qarabağ" da siyahıda yer alır. Ağdam təmsilçisi 2018-ci ildə Avropada ən çox təqib edilən 35-ci klub olub.

Siyahıya İspaniya təmsilçiləri başçılıq edirlər. "Real" birinci, "Barselona" isə ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü İngiltərə təmsilçisi "Mançester Yunayted" qapayıb.

İlk "10-luq"dakı digər komandalar müvafiq olaraq, "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Arsenal" (İngiltərə), PSJ (Fransa), "Liverpul" (İngiltərə) və "Mançester Siti"dir (İngiltərə).

Ümumilikdə, 41 klubun adının olduğu cədvəldə Türkiyə təmsilçilərindən "Qalatasaray" 12-ci, "Fənərbaxça" 17-ci, "Beşiktaş" isə 19-cu olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!