“Neftçi”nin 80 illik yubileyini qeyd etdiyi cari mövsümdə qolsuz və qələbəsiz oyunlar seriyası dördə çatıb. Premyer Liqanın XXV turunun “Kəpəz”lə səfər oyununda 0:2 hesabı ilə uduzan paytaxt klubu martın 18-də “İnter”ə qarşı keçirilən çempionat matçından sonra nə qalib gələ bilir, nə də qol vurur. Avrokuboklara vəsiqə get-gedə əlatmaz görünür. Elxan Abdullayevin nağılları isə uzandıqca uzanır.
Uğursuz baş məşqçi Gəncədə məğlub olmaqlarını meydança ilə əlaqələndirib. Rəhbərlik də onun ağlındadı. Azarkeşə "xuliqan" yarlığı yapışdıran Abdullayevlə müqaviləni uzatmaq istəyirlər. Ən azı, daha 1 il. Əlbəttə. "Neftçi" tərəfdarı bununla razılaşmır və razılaşmayacaq. Sosial şəbəkə ağ-qara forma geyinib, bu klubun dəyərlərini ayaqlar altına atanların əleyhinə yazılan statusların əlimndən partlayır. Nələr demirlər, nələr! Azarkeş od püskürür. Neyləsinlər, dözə bilmirlər. Yana-yana qalıblar.
Kənan Ağa: Gecə yatmayıb səhər 8-də Bakıdan çıxıb oyuna gəl, indi də bu yağışda həyatını riskə atıb yola çıxıb hələ də Bakıya çatmayan fanatlara, bağışlayın, xuliqanlara çox gözəl ''hədiyyə'' oldu, təşəkkür edirik.
Nazim Totti: Bunu burada yazıram, yəqin ki, oxuyursuz bütün şərhləri, xüsusilə indiki hallarda daha çox diqqət yetirirsiz ki, təhqir görsəz, polis qardaşlarınıza şikayət edəsiz. Keçək mətləbə. Mən 2005-dən “Neftçi” azarkeşi sayılıram, amma 3 ildir ki, tribunada azad azarkeş kimi komandamı dəstəkləyirəm. Hörmətli Elxan müəllim, sizi tamamilə hörmət və mədəniyyət çərçivələri daxilində debata dəvət edirəm. Mərdliyiniz yetərsə, buyurun.
Nicat Əzizov: “Neftçi – “Qarabağ” 0:2, “Sumqayıt” – “Neftçi” 2:0, “Kəpəz” – “Neftçi” 2:0...Gələn görüşdə də 0:2 məğlub olacağıq.
Rəşad Rüstəmov: Əsas odu ki, komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir!!!
Sənan Quliyev: Çox gözəl, keyfiyyətli xarici oyunçular alınıb, xalq şairimizdən xahişim var, məşqçi heyəti getməlidi. Belə oyunçulara taktika verib oynadan Qurban kimi məşqçi lazımdı.
Rahim Ağazadə: Elxan müəllimə növbəti bir il də müqavilə uzadılan kimi komanda uduzmağa başladı. 4 oyun dalbadal! Bu adam özünü düşünür! Məşqçi də dəyişməlidi.
Nail Nərimanoğlu: Deyir təhqir olmaz, yalnız tənqid edin :) Külbaş! Adamsan sən?!
Aslanov Ayxan: İstefa
Cahangir Rzayev: Bilən var şura harda yerləşir, iki kəlmə sözüm var??? Ölün də, başqa klublara baxıb həsəd aparıram. Utanmadan şəkilləri də paylaşırsız.
Kamal Yusifov - Deməyə söz yoxdu... #istefa....
Cəlal Əzizov Dedim axı, əziyyət çəkib getməyin Gəncəyə...
Arif E-ov: Əsl xuliqan sizlərsiz! Qəpik-qəpik yığıb, "Neftçi"ni dəstəkləməyə gedənlərdən utanın, heç olmasa! Əgər sizdə o üz varsa.
Salvatore Maranyano: Elxan, başa düş! "Neftçi"ni lap Çempionlar Liqasına aparsan da, azarkeş səni heç vaxt bağışlamayacaq! Allaha and olsun! Sənin qatarın getdi e! Adımla cavabdehəm ki, sən "Neftçi"də heç vaxt başı dik durmayacaqsan. Istəyirsən 5 dəfə çempion elə komandanı. Heç rəhmətlik atanızın ruhundan utanırsız? Bu boyda camaatın fikrini niyə qulaqardına vurursan? Rəhbərlik muqavilə təklif edir, bəs sənə nə olub?? Mərdlik göstər, istefa ver.
Çingiz Həsənov: Elxan və rəhbərlik deyirdi ki, hələ heç nə bitməyib, qarşıda 4 oyun var. Amma elə 1-ci oyunda hər şeyi bitirdiz,
Heydər Rəsulzadə: Ooo, təbrik edrik, Elxan bəy! Bravo! Müşahidə Şurası, siz dahisiz, biz kimik əşşi! Qıraq adamlarıq, xuliqanlarıq. Siz təmiz, saf insanlarsız, "Neftçi"ni qaldırmaq üçün gecə-gündüz çalışırsızisiz. Nə deyəsən belə yarıtmaz, heç bir şeyə yaramayan rəhbərliyə?!
İslam Alıyev: "Qarabağ" azarkeşiyəm. Amma heyif "Neftçi"ni bu hala gətirənlərə. Banişevskinin komandası görün indi nə vəziyyətdədi. 2 oyuna 6 xal qazanılmalıydı, qazanıldı 0.
Hüseyn Həsənzadə: Bəlkə Zaur Tağızadənin gəlməsi ilə düzələr "Neftçi". O da gərək 2 il məşqçilik təcrübəsi yığsın. Ondan sonra da uzunmüddətli müqavilə ilə "Neftçi"yə gəlsə, hər şey yaxşı olacaq. Tam fərqli "Neftçi" görəcəyik. Böyükağa müəllimin vaxtında "Neftçi" 1 heyyətlə Avrliqaya çııxdı, Elxan deyir ki, bir heyyətlə oynamaq olmur.
Vasif Məmmədov: Elxanı təbrik edərsiz mənim adımdan. Çox sağolsun, böyük əziyyət çəkib "Neftçi"ni bu yerlərə gətirənə qədər.
Nicat Həsənov: İnşallah, gələn oyunlardan da məğlubiyyət xəbərləri gələr! Neçə belə şad xəbər eşitsin "Neftçi" azarkeşi. Bunlarda abır-həya yoxdu, belə s…q olar? Elxan deyir, mənim günahım yoxdu. Qardaşlar, yəqin biz oynaya bilmirik. O iki topu biz azarkeşlər buraxıb.
Rauf Salayev: Özünə hörmət edən oğlan bu qədər söz-söhbətdən sonra istefa verib gedər. Evə gedəndə necə baxırsan camaatın üzünə? Xoşun gəlir təhqirdən? İstefa ver, get! Adam özünə belə hörmət qoymaz!
Ramin Mahmudov: "Neftçi olub.məhlə komandası. Gələn qapaz vurur, gedən qapaz vurur. Elxan, istefa ver! Müşahidə Şurası buraxılsın. Kimə.lazımdı.bu şura?
Bəylər Qaragözov: Öz yeriniz üçün darıxmışdız. Gəldiz, yerinizi tutduz. 7-ci yer sizə məxsusdu. Yerinizlə fəxr edə bilərsiz.
Rövşən Zeynalov: "Yol əhvalatı" filmində deyir, "əmi sənə bir 5 əntiqə plan cızmışdım". Nə oldu, yekə-yekə danışmaqla deyil, gərək işini də göstərəsən. Biz sənin kimiləri bu qapıdan çox yola salmışıq.
Emin Əsgərov: Özünüzü yormayın, qardaşlar. Futbolçuda günah yoxdu. Məşqçi getməlidi. O gün "Neftçi"PFK bəyanat vermişdi ki, 2 oyun uduzan kimi komandadan üz döndərən azarkeşlər-filan... Siz turnir cədvəlinə baxırsız bəyanat verməmişdən öncə? Qış fasiləsinnın sonranı gözümüzə soxmayın Çempionat qış fasiləsindən sonra başlamayıb. Buna görə heç kim sizin boynunuzdan heç nə asmayacaq. Ümumən isə turnir cədvəlinə baxın "Kəpəz" - "Neftçi" oyunundan sonra nə dəyişib əcəba? "Neftçi" 7-ci pillədədi. Dəyişən nədi, rəhbərlik? Soxun mənim gözümə, görüm də .Azarkeşlər heç vaxt "Neftçi"ni atmayıb. O gün stadionda idim, "Qarabağ"la matça gəlmişdim" "Forza"nın uşaqlarının zəhməti burnundan gəlsin o kəslərin ki, kimlər bunu görmür və bunun əvəzini vermir. Hər kəs öz işiylə məşğul olsa, daha yaxşı olar.
Elik Qaxlı: "Neftçi"ni nə günə qoyduz, çox sağolun! Sizlər müvəqqətisiz, azarkeşlər isə əbədi. Rəhbərlik ciddi addımlar atmalıdı. "Neftçi"ni autsayder vəziyyətində görmək çox üzücüdü. Heyif, "Neftçi" səndən!
Elçin Səfərli: Elxanı təbrik edin bizim adımızdan. Ay Elxan, əsl biz azarkeşlər deyilik. Çünki sən "Neftçi"ni məhv etdin! Azarkeşlər seni heç vaxt bağışlamayacaq.
Hümbət Kərimov: Rəhbərliyin "gözəl işi" sayəsində "Neftçi" Avroliqaya vəsiqə əldə edə bilmir. Son iki oyuna 6 xal əvəzinə 0 xal əldə edərək, bu "uğur"a nail olub, azarkeşlərini daha çox üzdü.
Emin İbrahimov: Gorun çatlasın, ay Neftçi"! Qalmısan uşag-muşaq əlində "Neftçi" neçə ildi qətlə yetirilib, ay fanatlar! Gələn mövsüm bundan betər olacaq. Bu rəhbərlik, bu məşqçi ilə yaxşı nəsə gözləməyin.
Vüsal Salmanov: Rəhbərlik və baş məşqçi postunda istefa gözlənilmir ki? Məğlubiyyətler yəqin rəhbərliyin ürəyincədi. Ürəyincə olmasa, çoxdan istefa verərdilər.
Ələkbər Şərifov: Tərlan Əhmədov "Neftçi"yə bas məşqçi gətirilməlidi Elxanın sonudu, qurtardı! İstefa ver, üzüsulu get!
Kamran Namazov: Nə "istefa-istefa" yazırsız?! Onsuz, bu mövsüm heç nə olası deyildi..Gələn mövsüm hər şey 0-dan baslayacaq.
Burak Kara Sevda: Rəhbərlik yeni baş məşqçi axtarmalıdı. "Neftçi" bu heyyətlə uduzmamalıdı. Komanda oyunu yoxdu, taktiki gedişlər yoxdu. Sanki komanda oz ağlı ilə oynayır. Komandaya Rusiyadan, Ukraynadan normal səviyyədə baş məşqçi lazımdı "Neftçi"yə real namizəd kimi Şota Arveladzeni görürəm".
SPORTİNFO.AZ

