"Qalib gəlməsəz, sizi öldürəcəyik" - 90+4-də qol vuruldu

23 Dekabr 2019 12:54 Azarkeş 1 304
"Qalib gəlməsəz, sizi öldürəcəyik" - 90+4-də qol vuruldu

İtaliya A Seriyasının 17-ci turunun "Sassuolo" - "Napoli" qarşılaşmasının gedişində maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Karlo Ançelottinin gedişindən sonra Cennaro Qattuzoya tapşırılan Neapol klubu ilk hissədən sonra hesabda geri düşüb.

İtaliya çempionatında heç də yaxşı günlərini keçirməyən neapolluların uğursuz seriyası azarkeşləri özündən çıxarıb. Çılğın fanatların görüşün gedişində "Qalib gəlməsəz, sizi öldürəcəyik" şüarı ilə mahnı oxuması "Napoli" futbolçularının canına vəlvələ salıb.

Təsadüfi deyil ki, Qattuzonun komandası əvvəlcə hesabı bərabərləşdirib, son saniyələrdə isə ard-arda 2 qol vurub. Düzdür, Xose Kalyexon oyundankənar vəziyyətdə olduğu üçün onun qolu qeydə alınmayıb. Lakin 90+4-cü dəqiqədə meydan sahiblərindən Pedro Obiyanqın avtoqolu "Napoli"yə 2:1 hesablı qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"