"Qarabağ"ın oyunundan sonra metro açıq olacaq - RƏSMİ

12 Dekabr 2019 16:40 Azarkeş 1 241
"Qarabağ"ın oyunundan sonra metro açıq olacaq - RƏSMİ

Bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun "Qarabağ" - "Düdelanj" qarşılaşmasına yollanacaq azarkeşlər Bakı metrosunun xidmətindən yararlana biləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

"Məlumdur ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək. 21:55-də başlayacaq qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq".

Digər Xəbərlər
Xəbər Lenti