"Forza" Gəncədə "Neftçi"yə dedi "Kişi olun, rədd olun, gedin"!

9 Aprel 2017 19:39 Azarkeş 880
"Forza" Gəncədə "Neftçi"yə dedi  "Kişi olun, rədd olun, gedin"!

"Forza Neftçi" "Kəpəz"lə oyunu susqun keçirdi. Topaz Premyer Liqası çərçivəsində 25-ci turun Gəncədəki oyununa gələn 50-dən çox "Neftçi" fanatı oyunun böyük hissəni sakitcə oturaraq seyr etdi. Sportinfo.az xəbər verir ki, yalnız matçın son 10-15 dəqiqəsində fəallaşan fanatlar komandanı dəstəklədi.

Son oyunlarda komanda rəhbərliyini, baş məşqçini istefaya səsləyən fan-klubun bu dəfə susqun qalması gözlənilməz idi. Xüsusilə Elxan Abdulayevin "xuliqan dəstə" açıqlamasından sonra azarkeşlərin daha aqressiv olması ehtimal edilirdi.

Əldə etdiyimiz bilgiyə görə, ciddi polis nəzarətində olan "Forza Neftçi" məhz bundan ehtiyatlandığı üçün etirazlarını Bakıdakı növbəti matçlara, xüsusilə də "Bakcell Arena"dakı görüşlərə saxlayıb. Bununla belə, "Kəpəz"lə matçdan sonra da onlar ürəyini boşaltdılar.

Azarkeşlər Bakıdan gəldikləri xüsusi avtobusa mindikdən sonra yenə eyni şüarlara əl atdılar. Stadionun çıxışında "Neftçi"nin avtobusunun yanından keçərkən azarkeşlər əsəbini büruzə verdi: "Kişi olun, rədd olun, gedin"!

Bu ismarıcın rəhbərliyə, məşqçi heyətinə, yoxsa futbolçulara göndərildiyini deyə bilmərik, çünki konkret ünvan yox idi. Bəlkə də şüardan hamı öz payını götürməlidi. Komandanın 7-ci pilləyə enməsindən, hətta AZAL-dan da çox top buraxmasından sonra danışılacaq söz qalmayıb (futbolinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!