Futbolumuzun real mənzərəsi - 4 OYUNA CƏMİ 5200 AZARKEŞ

3 Dekabr 2019 12:13 Azarkeş 618
Futbolumuzun real mənzərəsi - 4 OYUNA CƏMİ 5200 AZARKEŞ

Premyer Liqada 13-cü turun oyunlarını izləmiş azarkeş sayı məlum olub. Sportinfo.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. “Sabah”ın "Bank Respublika Arena"da “Qarabağ”a 0:1 hesabı ilə uduzduğu turun bağlanış oyununu 3000 azarkeş tribunadan izləyib.

Ən aşağı göstərici isə Qəbələdə qeydə alınıb. “Qəbələ” – “Zirə” (3:0) görüşündə 400 azarkeş qeydə alınıb. "ASCO Arena"da baş tutan “Səbail” – “Neftçi” görüşünü (0:0) 800 nəfər izləyib. Bu stadionda keçirilmiş "Keşlə" - "Sumqayıt" qarşılaşmasında (2:1) isə 1000 azarkeş qeydə alınıb.

Ümumilikdə turun 4 oyununda 5200 azarkeş olub. Bu da orta hesabla hər matçı 1300 nəfərin izləməsi deməkdir.

Digər Xəbərlər
Xəbər Lenti