Bakıdakı "Pub"da uelsli azarkeşin başına iş gəldi - FOTO

24 Noyabr 2019 00:28 Azarkeş 778
Bakıdakı "Pub"da uelsli azarkeşin başına iş gəldi - FOTO

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunu izləmək üçün Bakıya gələn Uels millisinin azarkeşinin başına iş gəlib.

Sportinfo.az xəbər verir ki, Helen adlı azarkeş 500 funt-sterlinq (1100 AZN) dəyərində olan "Samsung S8" markalı telefonunu Bakıda yerləşən "pub"da unudub.

Bu barədə "Deadline" nəşri yazıb. O, telefonunu unutduğunun fərqinə yalnız İstanbul aeroportunda varıb. Bu zaman Helenlə birgə Bakıya səfər etmiş sevgilisi Mayk Cons feysbukda paylaşım edib.

Mayk Helenin telefonunun barda qaldığını və bunu oxuyan, hələ də Bakını tərk etməyən sonuncu uelsli azarkeşdən kömək istəyib. Bu paylaşımı Maykl Spir adlı uelsli azarkeş görüb və taksi ilə ondan 20 dəqiqə məsafədə olan "pub"a gedərək yaddan çıxmış telefonu götürə bilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular