"Milli dəstə"dən AFFA-ya etiraz: "Vətən xainidir!" - FOTO

17 Noyabr 2019 13:08 Azarkeş 1 647
"Milli dəstə"dən AFFA-ya etiraz: "Vətən xainidir!" - FOTO

Azərbaycan futbolunu şəxsi biznesinə çevirən AFFA rəhbərliyi azsaylı, yığmanın əksər səfər oyunlarında komandaya dəstək olan sadiq fanatlardan ibarət "Milli dəstə" qrupunu da özündən küsdürüb.

Sportinfo.az xəbər verir ki. AÇ-2020-nin seçmə qrup mərhələsinin dünən Uelslə Bakıda keçirilən görüşü azarkeş qrupunun rəhbəri Şamil Mustafayevi dilə gətirib.

Britaniyalı azarkeşlərə daha çox bilet satılması və "Milli dəstə" üzvlərinə normal şərait yaradılmamasından hiddətlənən Mustafayev "facebook" səhifəsində bununla bağlı etiraz paylaşımı edib. Daim millini dəstəkləyən azarkeş dəstəsinin rəhbərinin fikrincə, AFFA UEFA-nın qanunlarına zidd olaraq qonaq komandaya daha çox və ən yaxşı sektoru ayırıb.

"Uels (səfər) azarkeşlərinə UEFA qaydalarından (5%) artıq bilet ayıran və onlara ən yaxşı sektoru verən şəxs vətən xainidir! Sözü olan nömrəmi bilir, zəng eləsin. 2-ci mərtəbədən sektor vermək olmazdı? UEFA qaydalarına əsasən 550 oturacaq veriləcəyi halda 1000 oturacaq verməli idiz? Bizə hər cür əziyyət verən, sektorumuzu dəyişən, qanunsuz olaraq barabana son ana qədər icazə verməyən Uelsə belə qonaqpərvərlik göstərmək kimin fikri idi, AFFA?"

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı