Kubokun finalı üçün 1 günə 69 min bilet satıldı

2 Noyabr 2019 17:06 Azarkeş 623
Kubokun finalı üçün 1 günə 69 min bilet satıldı

Noyabrın 10-da keçiriləcək MLS Liqasında kubokun finalında fantastik azarkeş dəstəyi olacaq.

Sportinfo.az xəbər verir ki, "Syetl Saunders" - "Toronto" qarşılaşmasına nəzərdə tutulan 72 min biletin 98 faizi 1 günün içində satılıb.

Syetldəki "Sençuri Link Fild" stadionunda oynanılacaq final görüşünə biletlərin 50 mini dərhal ev sahibi komandanın abunəçiləri tərəfindən bron edilib. Günün sonuna qədər isə daha 19 min alınıb.

Buna baxmayaraq, "Syetl Saunders" ötən mövsümün "Atlanta Yunayted" - "Portlənd Timbers" finalında qeydə alınmış azarkeş rekordunu təkrarlaya bilməyəcək - 73019. Faktiki olaraq Syetlin arenası 72 min azarkeş tutumuna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti