Türkiyəni ayağa qaldırdılar: "Qarabağ" üçün - VİDEO+FOTOLAR

25 Oktyabr 2019 18:02 Azarkeş 1 349
Türkiyəni ayağa qaldırdılar: "Qarabağ" üçün - VİDEO+FOTOLAR

Avropa Liqasının "Qarabağ" - APOEL matçı təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da böyük maraqla izlənilib.

Təmsilçimizə Türkiyədən də böyük dəstək gəlib. Zonquldağ şəhərində yaşayan və təhsil alan həmyerlilərimiz “Qarabağ”a möhtəşəm dəstək göstəriblər. Yayılan görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb.

Yürüşün əsas təşkilatçılarından biri olan Zamin Kərim bununla bağlı Sportinfo.az-a açıqlama verib: "Dörd ildir Türkiyədə yaşayıram, tələbəyəm. Burada olan təxminən 100-dən artıq azərbaycanlı uşaqla yığışıb, belə bir aksiya keçirməyə qərar verdik. Zonquldagda 120 nəfərlə möhtəşəm bir yürüş təşkil elədik.

İçimizdə "Qarabağ"la yanaşı, "Neftçi" və "Qəbələ" azarkeşləri də var. Yenə əsas olan Azərbaycandır, bayrağımızdır, millətimizdir. Bu kimi tədbirlər davamlı hal alacaq. Avropa Liqasında keçirəcəyi qalan oyunlarda "Qarabağ"a dəstək olmağa çalışacağıq. İstəyirik hamısında iştirak edək.

İnşallah, "Qarabağ" bu dəfə qrupdan çıxar. Keçirəcəyimiz aksiyalarla, yürüşlərlə Qarabağın adını hər kəsə çatdırmaqdır fikrimiz. Zonquldağın mərkəzində bayrağımızı asdıq, hamı gördü ki, Azərbaycanın belə bir komandası var. 10 dəqiqəlik məsafəyə yürüş elədik. Yolda olan camaat, kafelərdə yığışanlar bizi videoya çəkirdi. Gözümün şahidiyəm, insanlar kənardan gəlib soruşurdular ki, bu gün hansı komanda oynayır? Deyirdik, "Qarabağ", cavab verirdilər ki, inşallah, qələbə bizim olar.

Yerli əhali bizə həddindən artıq dəstək verdi. Polislər pirotexniki vasitələrdən istifadə etməyimizə əvvəlcə icazə vermək istəmirdi. Danışdıq, razılaşdılar. Ümid edirəm ki, "Qarabağ" qruplan çıxandan sonra bir Türkiyə klubu ilə qarşılaşar, biz də onların yanında olarıq.

Özüm 8 ildir "Qarabağ" azarkeşiyəm. Azərbaycanda olduğum ilk dörd ildə komandamızın bir oyununu belə buraxmamışam, hamısına getmişəm. "Qarabağ Ordu" fanklubunun aktiv üzvü olmuşam, ən "köhnələrdən" biriyəm.

Zonquldağa gələndən sonra burada da bir dərnək - "Azərbaycan Kültür Topluluğu" yaratdıq. Düzü, ilk vaxtlar bir qədər çətin idi. Çünki onda Zonquldağdakı azərbaycanlıların sayı xeyli az idi, çoxumuz bir-birimizi tanımırdıq. "Qarabağ" - "Çelsi" oyununda ilk aksiyamızı keçirdik. Cəmi 10 nəfər idik həmin zaman.

Dünənki aksiyadan öncə bizi hiddətləndirən iki hadisəni qeyd edərdim. Birincisi, APOEL-lə Çempionlar Liqasında keçirilən səfər oyununda baş verənlər. Ermənilər Nikosiyadakı qarşılaşmada öz bayraqlarını açmışdılar. 15 nəfərlə bir evə yığışıb baxmışdıq orada olanlara. İkinci hadisə də ermənilərin Lüksemburqdakı "dron təxribatı" ilə bağlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı