"Qarabağ" azarkeşləri Avropada 4-cü oldu

25 Oktyabr 2019 16:50 Azarkeş 1 183
"Qarabağ" azarkeşləri Avropada 4-cü oldu

Ötən gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” – APOEL matçını 30.824 azarkeş izləyib.

Sportinfo.az xəbər verir ki, bu, dünən 12 qrupda keçirilən 23 matçda ən yaxşı 4-cü göstəricidir.

Gecənin ən çox azarkeşi Londonda keçirilmiş “Arsenal” - “Gimaraeş” matçında qeydə alınıb. Qarşılaşmanı 60.195 tamaşaçı izləyib. İkinci pillədə “Ayntraxt” - “Standard” (47.000), üçüncü yerdə isə “Portu” - “Reyncers” oyunu (31.307) gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş “Qarabağ” - APOEL duelində qeydə alınan azarkeş sayı “Beşiktaş” - “Braqa”, PSV - LASK, “Roma” - “Borussiya” M. görüşlərini geridə qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda