Bu stansiyalar gücləndirilmiş iş rejiminə keçir - SƏBƏB

24 Oktyabr 2019 18:30 Azarkeş 601
Bu stansiyalar gücləndirilmiş iş rejiminə keçir - SƏBƏB

Sportinfo.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunuyla bağlı metronun bəzi stansiyaları axşam saatlarında gücləndirilmiş iş rejimiylə çalışacaq.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, gücləndirilmiş iş rejimi “Gənclik” və “Nərimanov” stansiyalarında olacaq:

“Bu səbəblə metroda ehtiyat qatar, işçi qüvvəsi və texniki vasitələr nəzərdə tutulub. Zərurət yaranarsa, sözügedən qatarlar xəttə buraxılacaq.

Kütləvi tədbirlər üçün Bakı Metropoliteninin əvvəlcədən müəyyən olunmuş tədbirlər planı var. Həmin plana əsasən, bu gün də qeyd etdiyimiz tədbirlər nəzərdə tutulub”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!