"Hər gün yeni bir təzyiqlə üzləşirik" - "İmarət"dən etiraz

15 Oktyabr 2019 15:35 Azarkeş 774
"Hər gün yeni bir təzyiqlə üzləşirik" -

"Qarabağ"ın ən böyük azarkeş qrupu "İmarət" 18 min üzvü olan "facebook" səhifəsində etiraz xarakterli paylaşım edib.

Sportinfo.az xəbər verir ki, fan-klub Türkiyə millisinin futbolçularının əsgər salamı verərək terrorla açıq mübarizəyə qoşulduğunu və bundan çəkinmədiklərini, ancaq "İmarət"in adicə stadionlara gedə bilmədiyini, hər gün yeni bir təzyiqlə üzləşdiyini qabardıb. Paylaşımı olduğu kimi təqdim edirik:

"Türkiyə millisinin futbolçuları terrora qarşı döyüşən ordularına dəstək üçün bütün Avropanın əleyhinə olsa da, hərəkətlərindən çəkinmirlər, eynən millətləri, hakimiyyətləri kimi.

Biz 30 ildir terrora məruz qalan vətənin övladları, onun təmsil etdiyi komandanın azarkeşləri hərəkət qalsın bir yana, stadionlara gedə bilmirik. Hər gün yeni bir təzyiqlə, yeni bir mane ilə qarşılaşırıq. Niyə bizə milli olmağa, vətənpərvər olmağa icazə vermirlər?"

Digər Xəbərlər
Xəbər Lenti