"Kamran, "Sumqayıt" səni gözləyir"

5 Oktyabr 2019 20:29 Azarkeş 1 086
"Kamran, "Sumqayıt" səni gözləyir"

Hazırda Premyer Liqanın 7-ci turunun davam edən "Neftçi" – "Səbail" görüşündə yerli komandanın azarkeşləri rəhbərliyi istefaya səsləyir.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın hesabda (2:0) öndə olmasına baxmayaraq yerli komandanın fanatları əvvəlki turlarda olduğu kimi rəhbərlikdən narazıdır. "Forza Neftçi" və "NeftchiMania"nın üzvləri dayanmadan klub prezidenti Kamran Quliyevə “Kamran, “Sumqayıt” səni gözləyir” deyə qışqırırlar. Azarkeşlər Quliyevlə yanaşı komandanın baş meneceri Ceyhun Sultanov və baş məşqçi Roberto Bordini də istefaya səsləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!