İlkin Hüseynzadə: "Dronun içində bomba da ola bilərdi"

4 Oktyabr 2019 16:59 Azarkeş 753
İlkin Hüseynzadə: "Dronun içində bomba da ola bilərdi"

“Düdelanj” – “Qarabağ” oyunundakı təxribatın canlı şahidlərindən, Belçikadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İlkin Hüseynzadə Sportinfo.az saytına müsahibə verib:

- "Düdelanj” – “Qarabağ” matçını stadiondan izləyirdiz. 30-cu dəqiqədə nə baş verdi, hər şey necə başladı?
- Qapının arxasındakı tribunada oturmuşduq. Ermənilər tennis kortları olan yerdə damda gizləniblərmiş. Dronla əsgi parçası uçanda hamı fitə basdı, etiraz etdi. Meydana tərəf qaçmağa başladım. Amma nə etmək olar, əllim drona çatmadı. Məcbur “fuck” işarəsi göstərdim. Çünki dron bizi çəkirdi. Məni stadiondan bayıra çıxarsalar da, sonradan yenidən yerimə qayıtdim.

- Videoya baxanda polislərin bir neçə azarkeşi çölə çıxardığı görünür. Onlar arasında siz də var idiz?
- Bəli, orada tək deyildim. Çölə çıxandan sonra arxamca uşaqlar gəldi. Mühafizəçilər də həmin uşaqların qollarını burub yerə yıxmışdılar. Bunu görən kimi yenidən düşdüm aşağı, amma bu dəfə də məni tutdular. Həmin vaxtı futbolçular gəldi və kömək etməyə başladılar. İkinci dəfə artıq məni boğub stadiondan çıxardılar. Amma yenidən gəldim və biletimi göstərib stadiona daxil oldum. Həmin vaxt fasilə yaranmışdı. Dron artıq yox idi. Daha sonra Lüksemburqun idman naziri Azərbaycandan, azarkeşlərdən üzr istədi. Bildirdi ki, Qarabağ Azərbaycanın bir parçasıdır. Azərbaycanın Belçika və Lüksemburqdakı səfirinin müşaviri Zaur bəy də oyuna idman naziri ilə birlikdə baxırdı. Zaur bəy nazirə etirazını bildirdi. Ondan sonra bizdən üzr istədilər.

- Bu gün internet portallarında dörd erməninin fotosu paylaşılıb və təxribatı onların törətdiyi iddia edilir. Həmin adamları stadionda görə bildiz?
- Bəli, 3-4 nəfər idilər. Biz həmin erməniləri tapmışıq. Belçikada, mənim də yaşadığım Antverpen şəhərində qalırlar. Burada Belçika-Azərbaycan mədəniyyət mərkəzinin rəhbəriyəm. Axşam idarə heyətilə toplantı keçirəcəyik. Həmin ermənilər barəsində müzakirələrimiz olacaq.

- Həmin ermənilər orada siyasi qaçqın kimi yaşayırlar?
- Burada ermənilərin sayı çoxdur. Hamısı siyasi qaçqın kimi gələnlərdir. Bizdən fərqli olaraq onlarda milli məsələlərdə birlik var. Müxalifət və iqtidar tərəfdarları belə məsələlərdə eyni mövqdən çıxış edirlər. İstənilən halda ermənilər qorxaqdır, əclafdırlar. Bu hadisə birinci dəfə deyil.

- Konkret hansısa addım atacaqsız?
- İstəyirik ki, həmin adamlara özləri kimi cavab verək. Dronla çəkməyib? Biz də müəyyən addım atacağıq. Kamera ilə yox, elə sırf dronla. Məsələnin hüquqi tərəfinə gələndə, Lüksemburq polisi onsuz da onları axtarır. Onlar haqqında Lüksemburq polisinə şikayət edəcəyik. Külli miqdarda cərimə olunub, məsuliyyətə cəlb edilməlidirlər. Hadisə vaxtı lüksemburqlulara dedim ki, dronun içində bayraq yox, bomba da ola bilərdi. Terror da baş verə bilərdi.

- Dronun idarə olunması üçün həmin şəhərin rəhbərliyindən rəsmi icazə alınmalıdır axı...
- Bəli, icazə alınmalıdır. İcazə yoxdursa, məsuliyyətə cəlb olunmalısan.

- Stadiona dron gətirilmişdisə, belə çıxır ki, Lüksemburq tərəfi özü icazə verib?
- Xeyr, əslində belə deyil. Sadəcə, təhlükəsizlik baxımından zəiflik göstəriblər. Ona görə də bizdən üzr istədilər.

El-Mir

Digər Xəbərlər
Xəbər Lenti