Azərbaycan klubu "Real" və "Arsenal"ı qabaqladı - FOTO

3 Oktyabr 2019 17:25 Azarkeş 1 274
Azərbaycan klubu "Real" və "Arsenal"ı qabaqladı - FOTO

Məşhur "transfermarkt" saytı ev oyunlarında ən çox azarkeş toplayan klubların reytinq cədvəlini tərtib edib.

Sportinfo.az xəbər verir ki, dünya üzrə hesablanan reytinqdə Cənubi Azərbaycanın "Traktor" klubu da yer alır.

Siyahıda 5-ci yeri tutan Təbriz təmsilçisi "Real" və "Arsenal" kimi məşhur komandaları geridə qoyub. "Traktor"un ev oyunlarına - orta hesabla 66 min 833 azarkeş gəlir. İlk "4-lüy"ü Dortmund "Borussiya"sı (81 min), "Barselona" (77 min), "Bavariya" (75 min) və "Mançester Yunayted" (73 min) tutur.

Digər Xəbərlər
Xəbər Lenti