"Neftçi" azarkeşindən mesaj: "Döyüşkən futbol oynayın"

22 Sentyabr 2019 16:15 Azarkeş 1 017
"Neftçi" azarkeşindən mesaj: "Döyüşkən futbol oynayın"

"Neftçi" azarkeşlərindən biri - Mənsum Abbaslı saytımıza müraciət edərək sevimli komandasına bugünkü oyun ərəfəsində mesajını çatdırmağımızı xahiş edib. Gənc azarkeşin Sportinfo.az-ın "whatsapp" nömrəsinə göndərdiyi qısa mesajı təqdim edirik:

"Əziz "Neftçi"m!!! 6 ildir çempion olmasan da, səni daim izləyirəm, izləyəcəm də. Bu gün səni təhqir edənlər bizdən deyil. Əziz futbolçular, siz öz işinizdə olun, fərq etməz, 1-ci divizionda oynasaz belə, əsl azarkeşlər yenə gələcək. Sizdən xahiş edirəm: udanda və ya uduzanda son saniyəyə qədər döyüşkən futbol oynayın. Mən sizin bəzən təkbaşına bütün sektoru ayağa qaldıran, coşduran, bəzən də təkbaşına bir qıraqda ağlayan azarkeşinizəm. Oyna, "Neftçi"m, oyna! Sən daim zirvədə olmalısan, bizim gözümüzdə olduğu kimi".

Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün saat 18:30-da başlanacaq qarşılaşmada "Neftçi" "Keşlə"ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti