İspaniyalı hücumçu "Napoli"də

2 Sentyabr 2019 13:35 Azarkeş 967
İspaniyalı hücumçu "Napoli"də

“Tottenhem”dən ayrılan Fernando Loryente karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, ispaniyalı hücumçu “Napoli”yə keçib.

Təcrübəli hücumçu İtaliya klubuna azad agent statusu ilə keçib və iki illik müqavilə imzalayıb. 34 yaşlı hücumçu üçün İtaliyada legioner həyatı yaşamaq ilk olmayacaq. O, 2013-2015-ci illərdə “Yuventus”un şərəfini qoruyub. Loryente karyerası ərzində “Atletik”, “Sevilya” və “Suonsi” klublarında da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!