"Zirə" uduzdu, əsəbi azarkeş qapının şüşəsini qırdı - FOTOLAR

18 Avqust 2019 22:45 Azarkeş 1 053
"Zirə" uduzdu, əsəbi azarkeş qapının şüşəsini qırdı - FOTOLAR

Premyer Liqanın ilk turu çərçivəsində keçirilən «Səbail» - «Zirə» matçından (1:0) sonra «ASCO Arena»da insident baş verib.

Sportinfo.az-ın arenada olan əməkdaşı xəbər verir ki, hadisə media mənsubları üçün nəzərdə tutulan «Mix zona»da yaşanıb.

Azarkeşlərdən birinin bura daxil olmasını görən polis əməkdaşları onu uzaqlaşdırmağa cəhd göstərib.

Bu zaman əsəbləşən fanat yumruq zərbələriylə qapının şüşələrini qıraraq yerə töküb. Asayiş keşikçiləri fanatı saxlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti