"Arsenal"ı Bakıda neçə azarkeş dəstəkləyəcək?

30 İyul 2019 18:12 Azarkeş 765
"Arsenal"ı Bakıda neçə azarkeş dəstəkləyəcək?

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Bakıda dəstəksiz qalmayacaq.

Sportinfo.az xəbər verir ki, Rusiya klubunu kiçik bir qrup dəstəkləyəcək.

Belə ki, "Bakcell Arena"da baş tutacaq qarşılaşmada təxminən 50 "Arsenal" azarkeşinin olacağı bildirilib.

Bu isə "Neftçi"nin Tuladakı fanatlarının sayından 6 dəfə azdı. Çünki "flaqman"ı Rusiyadakı ilk matçda 300-dən çox həmyerlimiz dəstəkləmişdi.

Avqustun 1-də keçiriləcək "Neftçi" - "Arsenal" oyunu saat 21:00-da başlayacaq. İlk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!