“Qarabağ”ın ÇL oyununa nə qədər bilet satılıb?

17 İyul 2019 15:36 Azarkeş 716
“Qarabağ”ın ÇL oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının ilk təsnifat mərhələsində bu gün “Partizani” ilə qarşılaşacaq “Qarabağ”ın matçına bilet satışı davam edir.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, indiyə qədər 5200 bilet satılıb.

Matçın keçiriləcəyi “Dalğa Arena”nın tutumu 6500 nəfərlikdi. Qarşılaşma saat 21:00-da start götürəcək.
“Qarabağ” azarkeşlər üçün xüsusi avtobuslar ayrıb.

Futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı stadiona rahat gedib-gəlişlərini təmin etməkdən ötrü Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb.

Beləliklə, saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.

“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!