“Beşiktaş”ın futbolçusu Adriano karyerasını Yaponiyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu “Vissel Kobe” klubu ilə razılıq əldə edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Yaponiya təmsilçisinin bu transfer üçün “Beşiktaş”a 1 milyon avro ödəyəcəyi bildirilib.
Karyerası ərzində “Sevilya”, “Barselona” kimi klublarda forma geyinən Adriano, 2016-cı ildə 2,3 milyon avro qarşılığında “Beşiktaş”a transfer edilib.
Braziliyalı futbolçu Türkiyə təmsilçisi ilə 94 qarşılaşmada iştirak edərək, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Vissel Kobe”da keçmiş “Barsa”lı Andres İnyesta və sabiq “Qalatasaray”lı Lukas Podolski də forma geyinir. Adriano 2010-2016-cı illər aralığında İnyestayla birlikdə “Barselona”da çıxış edib.

