ƏLA CAVAB: "Əsas ürəyimiz yox, protokolumuz düz olsun"

11 Noyabr 2018 14:41 Azarkeş 741
ƏLA CAVAB: "Əsas ürəyimiz yox, protokolumuz düz olsun"

Premyer Liqanın "Sabah"la "Səbail" arasında keçirilən açılış oyununda qeyri-adi hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, meydan sahibi "Sabah"ın azarkeşləri pankart açsalar da, bu, sonradan yığışdırılıb.

Matçın AFFA nümayəndəsi Seymur Səlimli üzərində "Əsas ürəyimiz yox, protokolumuz düz olsun" yazılmış pankartın saxlanmasına icazə verməyib.

"Sabah" azarkeşləri bununla "Səbail"in mövsümdə iki dəfə rəqiblərinin protokolda yol verdiyi səhvdən sonra texniki qələbə qazanmasına işarə vurub.

Digər Xəbərlər
Xəbər Lenti