Bizimkilərin Ukraynada iştirak etdiyi DAVALI FOTOLAR

9 Noyabr 2018 20:24 Azarkeş 693
Bizimkilərin Ukraynada iştirak etdiyi DAVALI FOTOLAR

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Vorskla” - “Qarabağ” görüşü (0:1) Azərbaycanın Dövlət Bayrağı Gününə təsadüf edib.

Oyunda istər Bakıdan gələn azarkeşlər, istərsə də Ukraynadakı soydaşlarımız üçrəngli bayrağımızla “Qarabağ” klubunu dəstəkləyiblər.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci hissənin 50-ci dəqiqəsində xoşagəlməz hadisələr baş verib.

Əvvəlcə meydan sahibi komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib və hətta meydançaya da atıblar.

Bundan sonra qarşlaşmanın Sandro Şörer 2-3 dəqiqəlik qarşılaşmanı dayandırıb. Fanatların sakitləşməsindən sonra matç yenidən bərpa olunub.

64-cü dəqiqədə "Qarabağ"ın azarkeşləri rəqibə cavab verib. "Atışma"dan sonra hakim oyunu dayandırıb və eyni hal ikinci dəfə təkrarlandığı üçün futbolçular meydandan çıxarılıb. 7-8 dəqiqəlik fasilədən sonra isveçrəli referi futbolçuları meydana çıxarıb.

















Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti