"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyununu izləyəcək azarkeşlərə müraciət edib.
Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir:
"Bu gün "Qarabağ"ımız səfərdə Ukraynanın "Vorskla" klubunun qonağı olacaq. Bu matçı izləmək istəyənlər azarkeşlərimizin stadionun 12-13-cü sektorlarda yer alması xahiş olunur.
Azarkeşlərimiz üçün Ukrayna vaxtıyla saat 19:30 - 21:30 arası qeyd olunan sektorların qarşısında bilet satışı baş tutacaq".
"Vorskla" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

