Yəqin ki, məlumatınız var. Peşəkar Futbol Liqası (PFL) hər tur viktorina keçirib, azarkeşlərin daxili yarışla daha da yaxından maraqlanmasını təmin edir.
Uduşda Topaz tərəfindən hazırlanmış xüsusi toplar, eləcə də elita klublarının forması olur.
Formaların oynanılma ardıcıllığı hazırkı turnir cədvəlinə uyğundu. Bu dəfə uduşda "Qarabağ" forması idi: Yarışmanın qalibi isə "Neftçi" azarkeşi oldu. Lakin o, pinsipial rəqiblərinin forması ilə şəkil çəkdirməkdən boyun qaçırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasov məlumat verib:
”Ağabəy adlı azarkeşə təklif etdik ki, prosedur qaydası olaraq fotosunu çəkib,paylaşaq. Amma razı olmadı:
”Mən “Neftçi” azarkeşiyəm, o forma ilə şəkil çəkdirən deyiləm” dedi. Formanı candərdi götürdü.
Dedi ki, dostuna hədiyyə edəcək ya da satıb üstünü düzəldib "Neftçi" forması alacaq. Gerisi ilə işimiz yoxdu, öz işidi.
Burada əsas məsələ rənglərə, kluba, sevdalandığı yerə sadiqlikdi. Məncə, azarkeşlik elə sadiqlik və başqa rəngləri qəbul etməməkdən başlayır.
Bunun adı mübarizədir, əks cəbhə olmaqdı. Həyatda heç bir uduş, hədiyyə qarşılığında rənglərinizə xəyanət etməyin!”.

