Premyer Liqanın 9-cu turunun mərkəzi oyununda - “Neftçi” - “Qarabağ” matçında qalmaqal yaşanıb.
Qarşılaşmanın ikinci hissəsinin əvvəlində “Neftçi” fanatları ilə polis arasında qarşıdurma yaranıb.
Üç “Neftçi” tərəfdarı polis bölməsinə aparılıb. Onlar artıq azadlıqdadı.
Bu barədə Sportinfo.az-a “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib:
“Bu hadisədən anındaca xəbər tutduq. “Neftçi“ olaraq bizi dəstəkləyən azarkeşlərin daim arxasındayıq. Azarkeşlər gecəylə evlərinə buraxıldı. Hal-hazırda heç bir problem yoxdu“.

