"Qarabağ"a "sağol"unuz budu?

24 Oktyabr 2018 19:36 Azarkeş 764
"Qarabağ"a "sağol"unuz budu?

əbrizdə "Traktor" azarkeşləri nəticədən asılı olmayaraq, hər zaman komandanın yanındadılar.

Ən lazımsız oyunda belə, tribunalar boş qalmır.

Hətta komanda qol buraxanda belə, tribunalardan "Eybi yox! Eybi yox" şüarları eşidilir. Təbii ki, əsas səbəb həmvətənlərimizi birləşdirən ən böyük dəyərin "Traktor" olmasıdı.

Bəs biz nə edirik?

"Qarabağ"ın sıradan oyunlarında tribunaları doldurmağımız cəhənnəm, heç Avropa arenasında da komandanın yanında olmağı bacarmırıq.

Bütün çətinliklərə, maneələrə rəğmən, "Arsenal", "Roma", "Çelsi"i ilə oyunlara gəldiyimiz kimi, il ərzində 3,5 dəfə də "Vorskla", "Şerif" kimi komandalarla oyunlarda "Qarabağ"a görə gəlsək olmazmı?

70 min adamdan Qarabağ ("Qarabağ" FK yox, Qarabağ haa..) şuarını eşitməyin nəyi pisdi axı?

Bəs bizləri də birləşdirən ən böyük dəyər Qarabağ deyilmi? Deyəsən, deyil ..

BOS-a gediş-gəliş əzabdı, zillətdi, zülmün dibidi və.s, və.i bildik. Bu sadalanlar "Arsenal", "Çelsi", "Roma", "Atletiko" ilə oyunlarda da quvvədə idi.

Ən azı bu klublara görə gələnlərin "Vorskla" ilə oyunda da tribunada olmaq borclarıdı. Axı o sevimli klublarınız sizə görə gəlməmişdi.

"Qarabağ" onları Bakıya gəlməyə MƏCBUR etmişdi. Ki, siz də sevimli klubunuza qovuşasız.

Sağolunuz budu?

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti