Eskalatorun qırılması nəticəsində yaralı azarkeşlərin sayı 30-a çatdı - VİDEO

24 Oktyabr 2018 18:36 Azarkeş 453
Eskalatorun qırılması nəticəsində yaralı azarkeşlərin sayı 30-a çatdı - VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Roma" - MOİK oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, yaralananların ümumi sayı 30 nəfər təşkil edir. Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb.

Səfirliyin məlumatına görə, "Repubblica" metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub,

lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil. Yerli KİV yazır ki, rusiyalı fanatlar sərxoş vəziyyətdə olublar və eskalatorda atılıb-düşməyə başlayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti