Bu hadisəyə görə "Qəbələ”yə dəyən ziyanı “Neftçi” ödəyəcək - VİDEO

24 Oktyabr 2018 10:12 Azarkeş 436
Bu hadisəyə görə "Qəbələ”yə dəyən ziyanı “Neftçi” ödəyəcək - VİDEO

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında VIII turun "Qəbələ" - "Neftçi" matçında baş vermiş insidentlə bağlı qərarlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, oyunun 62-cü dəqiqəsində “Neftçi” azarkeşləri meydana kənar əşyalar atdıqları üçün klub 1600 manat cərimələnib.

Bundan 2 dəqiqə sonra "Qəbələ" fanatları eyni addımı atdıqları üçün əyalət təmsilçisi analoji cəzaya məruz qalıb.

İnsident zamanı “Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” tərəfindən ödəniləcək.

Bundan başqa meydan sahiblərinin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna isə 200 manat cərimə tətbiq olunub. "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti