"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma - VİDEO

21 Oktyabr 2018 12:02 Azarkeş 553
"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma - VİDEO

"Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı Premyer Liqanın VIII tur matçında münaqişəyə giriblər.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib.

Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb.

Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib. Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib.

Bundan az əvvəl isə "Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə arasında insident baş verib.

Referi Rəhim Həsənov Azərbaycan millisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadə simulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti