"Bornmut"un futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası "Sanderlend"in azyaşlı azarkeşi Bredli Louerinin adını qoluna döymə etdirib.
Təcrübəli hücumçu həmin anın videosunu şəxsi "Twitter" hesabından paylaşıb. Cermeyn Defo 2015 - 2017 illər ərzində "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib.
For you, my best mate... @Bradleysfight pic.twitter.com/7T9Sx8EUgd
— Jermain Defoe (@IAmJermainDefoe) 18 октября 2018 г.

