Bakıda Özilin formasına həsrət qalanlar - hər şeyin öz yiyəsi var

9 Oktyabr 2018 11:48 Azarkeş 541
Bakıda Özilin formasına həsrət qalanlar - hər şeyin öz yiyəsi var

«Qarabağ»la oyundan sonra Məsut Özil formasını çıxarıb azarkeşlərə atıb.

Həmin anın videosu çox yerdə paylaşılıb, görmüsüz yəqin.

Bir neçə azarkeş formanı götürmək üçün mübarizə aparır. Burda qınanılası nəsə yoxdu, normal haldı.

Günəş sisteminin istənilən məntəqəsində əsl azarkeş dünya çempionunun formasını götürmək üçün bu cür davranardı.

Qınanılası odu ki, Özilin forması polis polkovnikinə qismət olub.......

Cazibəsindən, xarizmasından istifadə edərək tutub alıb formanı uşaqlardan.

Məsut formanı minnətdarlıq əlaməti kimi onu isti qarşılayan fanatlara hədiyyə etmişdi, stadionda iş başında olan polisə yox!

Belədi də, az-çox dəyərli hər şeyin öz yiyəsi var.

Hətta Özilin tərli formasının da.. O köynək sadə azarkeşin payı ola bilməzdi ki, olmadı da!

Tural Dadaşov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti