“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal” son 3,5 ildə ilk dəfə ardıcıl 9-cu oyunundan qalib ayrılıb.
Sportinfo.az xəbər verir ki, “topçular” əvvəlki nailiyyətini Premyer Liqanın VIII turunda "Fulhem" üzərində 5:1 hesablı səfər qələbəsindən sonra təkrarlayıb.
London təmsilçisi dəfə eyni 2015-ci ilin mart-aprel aylarında bu qədər oyunundan meydanı başıuca tərk edib. İngiltərə klubu həmin mövsüm ölkə kubokunu çempionatın bürünc medalını qazanıb.
“Arsenal” son 9 oyunundakı qələbələrindən birinə oktyabrın 4-də Bakıda "Qarabağ"la görüşdə nail olub - 3:0. Qalan qələbələrdən 6-sı Premyer Liqa, daha 1-i Avropa Liqası, 1-i isə Liqa Kubokuna təsadüf edib.

