Sumqayıt stadionu macarları yeniliklərlə qarşılayacaq - FOTOLAR

25 İyul 2024 19:40 Azarkeş 1 598
Sumqayıt stadionu macarları yeniliklərlə qarşılayacaq - FOTOLAR

"Sumqayıt" avrokuboklar yarışına bu gün start verəcək.

"Kimyaçılar" mübarizəyə Konfrans Liqasında başlayacaq.

İkinci mərhələdən yarışa qoşulan təmsilçimizin rəqibi Macarıstanın "Fehervar" klubudur.

Qarşılaşmanın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu azarkeşləri bir sıra yeniliklərlə qarşılayacaq.

Belə ki, arenanın 2 istiqamətdə yerləşən girişi-çıxış qapılarına turniketlər qurlaşdırılıb.

Tamaşaçılar bu dəfə əsas girişlə bərabər Sumqayıt bulvarı tərəfdən də idman qurğusuna daxil ola biləcək.

Bundan başqa insanların öz sektorlarını rahat tapması üçün ərazidə istiqamət göstərən bir neçə böyük lövhələr qoyulub.

Əlavə olaraq azarkeşlərin biletsiz giriş cəhdini məhdudlaşdırmaq üçün ərazi yeni dəmir məhəccərlərlə əhatə olunub. Bu addım həm də təhlükəsizlik məqsədilə atılıb.

Xatırladaq ki, "Sumqayıt" - "Fehervar" görüşü 20:00-da start götürəcək. İdman qurğusunun qapıları 18:00-dan tamaşaçıların üzünə açılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida