Abdullayevin Əhmədovu "vurmasına" reaksiya: "Ölüb yerə girmək bela danışmaqdan mərifətlidi"

7 Oktyabr 2017 13:54 Azarkeş 1 368
Abdullayevin Əhmədovu "vurmasına" reaksiya: "Ölüb yerə girmək bela danışmaqdan mərifətlidi"

Təxminən 1 ay öncə "Neftçi"dən qovulan Elxan Abdullayev yenidən gündəmə gəlməyə can atır. Bu qədər uğursuzluğa rəğmən! 20 ilə yaxındı bu sahədə olsa da, bir uğurlu nəticə əldə etməyi bacarmayan fərsiz "mütəxəssis" bu dəfə Tərlan Əhmədovun bostanına yastı-yapalaq daş atıb.

Abdullayev ondan sonra "ağ-qaralar"ın sükanı arxasına keçən həmkarının komandanın düzəldəcəyinə böyük şübhə ilə yanaşıb: "Ölkə çempionatının oyunlarını izləyirəm. Əlbəttə, bu mənim işimdi. Hazırda çempionatın ən zəif komandası "Kəpəz"di..

"Neftçi"nin "İnter"i məğlub etməsinə gəlincə, udsunlar da... "İnter" hazırda zəif çıxış edir. Biz onları keçən il 3 dəfə udmuşduq. "Neftçi"yə sevinmək hələ tezdi, qarşıdakı turlarda biləcəyik, nə var, nə yox. "Neftçi"nin hazırkı baş məşqçisi Tərlan Əhmədov mənim "Neftçi"ni pis vəziyyətdə qoyub getdiyim düşüncəsindədi?

Mən "Neftçi"ni pis vəziyyətdə qoymuşam? Guya məndən qabaq işləyənlər əla vəziyyətdə qoymuşdular ki? Mən o heyətlə keçən il 21 xal yığdım. Görək, Tərlan Əhmədov neçə xal yığacaq? Onlara uğurlar arzu edirəm".

Abdullayevin bu açıqlaması sosial şəbəkədə geniş müzakirə olunub. Sportinfo.az-a yazan oxucularımız Əhmədova dəstək verib. Onlardan bir neçəsinin fikirlərini təqdim edirik:

Nəsimi Əliyev: Elxan Abdullayev milli komandamızın psixologiyası ilə yaşayır. Məsəl üçün, bu gün beşinci yeri tutub, fəxr edirik ki, 10 xal yığmışıq. Hörmətli Elxan müəllim, əgər "Neftçi" belə oynayıb 21 xaldan az xal yığsa, narazı qalmağa əsasımız yoxdu. Çünki komanda Vəli Qasımovla sizin kimi "polterqeyslər"dən sonra oyun göstərməyə başlayıb. Bu sözünüz bir daha göstərdi ki, siz futbolda mərhum Ruslan müəllimin oğlusuz, vəssəlam! Sizi futbola bir bu fakt bağlayır. Amma eyni zamanda "Neftçi" yükü ağır söhbətdi. Çünki artıq komandamızdan Avropa Liqasına düşmək adi hal kimi qiymətləndirilməlidi. Tərlan Əhmədovun islahatları hələ ki ümid verir və sağlıq olsun, biz nəticəni gözləyirik..

Rasim Malikov: "Davay" alə, burdan! Sən məşqçi niyə olursan..? Gedib gül kimi tərcüməçi-zad işləyib, qəşəng pul qazana bilərsən.

Rauf Salayev: Sən yığmamışdın bu xalı. Futbolçular fərdi keyfiyyəti sayəsondə yığmışdılar 21 xalı. Sənin futbol biliyin var ki?

Orxan Məmmədli: Sən canı, qoy az danışsin. Tərlan Əhmədov, heç olmasa, hücum futbolu oynadır. Bunun vaxtında qorxaq futbol idi ancaq.

Əlinağı Bakılı: 1 il klubda oldun, heç nə dəyişmədi. Taktiki sxem, oyun üslubu göstərmədin. Hansı oyunda hesabı rəqib açdı, həmin oyunu da uduzdun. Geri dönüş eləyə bilmədin. İstəyir rəqib "Qarabağ", "Qəbələ" olsun, istəyir "Kəpəz" və "Sumqayıt".

Muxa Rzayev: Azərbaycan məşqçisinin həmkarı barədə dediyi sözə bax e…

Orxan Aliyev: Ölüb yerə girmək bela danışmaqdan mərifətlidi. Tərlan Əhmədov pis gəlməyib. Komandaya "Neftçi"yə layiq hücum futbolu oynadır. O başqa məsələ ki, ifaçılar ziəfdi. Tərlan müəllimin bura gəlməsini istəyənlərdən biri mən idim, ancaq son 3 turda göstərdiyi oyun üslubu çox xoşuma gəldi. Ardı gəlsin…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti