Görün, bu şən el-obada futbolu necə sevirlər - FOTOLAR

17 May 2024 17:00 Azarkeş 1 828
Görün, bu şən el-obada futbolu necə sevirlər - FOTOLAR

Futbolun bəzəyi azarkeşlərdir.

Onlar olmadan meydanda oynanılan futbol heç futbolçuların özünə də çox maraqlı deyil.

Xoş o komandanın halına ki, düşdüyü vəziyyətindən asılı olmayaraq hər oyun yanında olan, dəstək nümayiş etdirən fədakar azarkeş ordusu var.

Belə azarkeşləri daha çox Avropa klublarında görmüşük, eşitmişik.

Amma ölkəmizdə də sadiq tərəfdarları olan klub yox deyil.

Məsələn, bizim "Sheki City" kimi.

Şəkinin təmsilçisi hazırda İkinci Liqada mübarizə aparır.

İddialılar sırasından xeyli uzaqda olan klubun ortabab statusu var.

Liqada qalmaq vəzifəsini də həftələr əvvəl yerinə yetib.

Komanda faktiki hədəfsiz qalıb, mövsümü başa vurmaq üçün meydana çıxır.

Lakin yerli futbolsevərlər çox çətin hava şəraitində belə sevimli komandasını yalnız buraxmır.

"Qusar"la son oyun buna əyani sübutdur.

Güclü yağış yağmasına baxmayaraq mövsümün son ev matçına çox sayda tərəfdar Şəki şəhər stadionuna cəm olub.

Üstü açıq tribunalarda çətin anlar yaşayan tərəfdarların dadına qismən çətir çatıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!