"Qarabağ": Artıq 15 mini öz sahibini tapıb

4 Oktyabr 2017 00:24 Azarkeş 508
"Qarabağ": Artıq 15 mini öz sahibini tapıb

“Qarabağ” oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Atletiko”nu qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Ağdam klubundan verilən məlumata görə, artıq 15 min bilet öz sahibini tapıb.

Satış məntəqələri bunlardı:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

“Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti