FİFA millimizin rəqibini cəzalandırdı - Nasist şüarlara görə

3 Oktyabr 2017 08:00 Azarkeş 610
FİFA millimizin rəqibini cəzalandırdı - Nasist şüarlara görə

FİFA Almaniya Futbol İttifaqını (AFİ) cəzalandırıb. Sportinfo.az xəbər verir ki, buna DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçirilmiş Çexiya - Almaniya oyunu zamanı alman fanatların nasist şüarlar səsləndirməsi səbəb olub.

Qonaq azarkeşlər pirotexniki vasitələrdən də istifadə ediblər, meydana kənar əşyalar atıblar. Baş verən olaylarla əlaqədar AFİ 32 min İsveçrə frankı məbləğində cərimə olunub.

Almaniya və Çexiya millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləridi. Bu komandalar arasında baş tutan sözügedən oyunda almanlar 2:1 hesablı səfər qələbəsinə seviniblər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?