“Qarabağ”ın oyunundan sonra Bakı Metropolitenində inanılmaz...

29 Sentyabr 2017 17:12 Azarkeş 677
“Qarabağ”ın oyunundan sonra Bakı Metropolitenində inanılmaz...

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qarabağ” – “Roma” oyunundan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin sayını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, oyundan sonra metronun bir stansiyasına 25 mindən artıq sərnişin daxil olub.

Onun sözlərinə görə, platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb: “Həmin gün gecə saat 22:00-23:00 radələrində “Koroğlu” stansiyasına 25 mindən artıq sərnişin daxil olub. Sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb.

Bu, rekord göstəricidir. Bir gün əvvəl həmin stansiyaya bir saata 1300 sərnişin daxil olub. Dünən isə həmin günə nisbətən 20 dəfə artıq vətəndaş həmin stansiyadan istifadə edib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti