Fanatlar sevimli komandalarının yenidən məğlub olmasını istəyirlər

27 Sentyabr 2017 20:00 Azarkeş 779
Fanatlar sevimli komandalarının yenidən məğlub olmasını istəyirlər

“Dünyanın ən pis komandası” sloqanı ilə çıxış edən Braziliyanın “İbis” komandasının azarkeşləri narazılıq edirlər.

Sportinfo.az xəbər verir ki, azarkeşləri narazı salan məqam komandalarının qələbə qazanmasıdı. “İbis” artıq ardıcıl üç turdu ki, qələbə qazanır.

Komanda daha bir qələbə qazansa, ardıcıl qalibiyyətlərin sayına görə klub rekordunu müəyyənləşdirəcək.

Bu da azarkeşləri qane etmir. Onlar bununla bağlı aksiya keçirmək niyyətindədirlər. Fanatlar sevimli komandalarının yenidən məğlub olmasını istəyirlər. “İbis” Pernambuku ştatının 2-ci divizionunda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?