"Qarabağ" yenidən... XAHİŞ

27 Sentyabr 2017 15:00 Azarkeş 590
"Qarabağ" yenidən... XAHİŞ

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma" ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.

Sportinfo.az-ın Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir.

Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar. "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti