"Qarabağ" ətrafında MÜZAKİRƏ - Onların nə günahı var?

29 Fevral 22:20 Azarkeş 646
"Qarabağ" ətrafında MÜZAKİRƏ - Onların nə günahı  var?

Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ və "Braqa" arasında baş tutan cavab görüşünü (2:3) Tofiq Bəhramov adına Respublika Stadionundan təxminən 31000 azarkeş izlədi.

Həmin qarşılaşmadan cəmi 3 gün sonra Ağdam təmsilçisi Premyer Liqanın 24-cü turu çərçivəsində "Kəpəz"i qonaq edirdi.

Eyni stadionda keçirilən görüşü bu dəfə vur-tut 560 tamaşası tribunalardan izlədi.

Elə həngamə də bundan sonra qopdu.

Sosial şəbəkələrdə ciddi-ciddi müzakirələr başladı.

Bəs 3 gün əvvəl Avropa arenasında tarixi uğur qazanan komandanın ölkə çempionatındakı matçını izləməyə niyə bu sayda azarkeş gəlib?

Yerində sual, haqlı iraddı. Lakin tənqid hədəfinin azarkeşlər seçilməsi kökündən yanlışdır.

Axı günahkar azarkeşlər deyil.

"Braqa" ilə media sektorunda bəlkə 200 jurnalist vardı. Amma çempionat matçına heç 20 nəfər gəlmir.

Avrokubok oyunlarında Vip-lojada yer tapmaq səhrada su tapmaqdan çətindir. Amma yerli oyunlarda həmin yerin heç pulsuz da dəyəri yoxdur.

Avrokubok matçlarında gördüyümuz məşhurlardan neçəsini Premyer Liqa oyunlarında görən olub?

Heç "Qarabağ" özü belə avrokubok matçlarındakı tam tərkiblə liqa görüşlərinə cəm olmur.

Yəni hamı üçün Avropdakı matçla Premyer Liqa oyunu arasında ciddi uçurum var.

Bu, təkcə azarkeşlərə bağlı olan məsələ deyil.

Kökündə də şübhəsiz ki, liqanın səviyyəsinin çox aşağı olması durur.

Bu gün "Qarabağ"a Avropada lazım olmayan Adama Diakabi çempionat görüşlərində asanlıqla baxımlı qolları sıralayır.

Və ya Samir Abasovun təbrincə desək - büdcəsi onun maaşı qədər olan "Sumqayıt" ikinci pillədə qərarlaşır.

Belə çempionatın matçlarına gəlmədiyi üçün kimisə qınamaq ən azı insafdan deyil.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"