Azərbaycanda futbol çempionatı ləğv olunmağa doğru!

25 Sentyabr 2017 13:00 Azarkeş 1 062
Azərbaycanda futbol çempionatı ləğv olunmağa doğru!

Premyer Liqanın 6-cı turunu stadiondan izləyən azarkeş sayı məlum olub. Sportinfo.az xəbər verir ki, ən çox azarkeş “Qarabağ” - “Sumqayıt” oyununda (4:1) qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 1400 tamaşaçı izləyib. Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb.

“Səbail”in “Kəpəz” üzərində 1:0 hesablı qələbəsinə, cəmi 300 azarkeş tribunalardan canlı şahidlik edib. Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Neftçi” qarşılaşmasını (2:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “İnter” matçını (1:1) isə 1200 tamaşaçı tribunalardan izləyib.

Ümumilikdə, turun 4 oyununu 3900 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 975 tamaşaçı deməkdi. Bu nəticə cari mövsümdə qeydə alınmış ən aşağı nəticədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!