"Qafqazın ağası!"

25 Yanvar 22:20 Azarkeş 1 174
"Qafqazın ağası!"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

Təcrübəli mütəxəssisin səfərdə məqsədi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” klubunun baş məşqçisi Xabi Alonso ilə görüşməkdir.

Qurbanov səfər çərçivəsində ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanacaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplayacaq.

Görünür, ölkənin bir nömrəli baş məşqçisi qazandığı uğurlara qane olmaq fikrində deyil.

O, hər gün daha da böyümək, öyrənmək yolunu seçib.

Azərbaycan futbolunun ən böyük uğurlarının memarı olan çalışdırıcının bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən də təqdir olunub.

Onlar Ağdam təmsilçisinin baş məşqçisinin atdığı bu addımı digər məşqçilərimiz üçün nümunə hesab ediblər.

Bu xüsusda yazılan çox sayda şərhlərdən bəzilərini sizə təqdim edirik:

"Qurban Qurbanov Azərbaycan futbolunun simasıdır".

"O, Azərbaycan futbolunda tək gerçəkdir".

"Sonuncu dəfə Pep Qvardiola ilə görüşmüşdü. Ondan bəri Avropda hər sezon qruplara qalır. Yəqin indi də hədəfi çempion olmaqdır".

"Bir vaxtlar Qvardiola və Klopun yanında kurs keçib. İndi də Alonsonun yanına gedir. "Qarabağ" elə belə bu səviyyəyə qalxmayıb. Böyüksən, Hocam".

"Qurban müəllimin bu addımı yaxşı haldır".

"Məşqçilik bacarığını daha da təkminləşdirir. Əlinin altındakı futbolçular daha bacarıqlı olsalar daha böyük uğurlar qazanar".

"Qafqazın ağası!".

"Qurban Qurbanov dahidir. Gənc məşqçilər ondan baxıb öyrənməlidir".

"Qurban Qurbanov hər zaman öz üzərində işləyir. Eqodan uzaq tam bir peşəkardır"

"Azərbaycan futbolunun ən güclü futbol adamı fəxrimizsən".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti